İran ABŞ gəmisi üzərində sınaq keçirdi

7 Sentyabr 2026 13:10

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İranın yeni gəmiəleyhinə raketinin ilk dəfə ABŞ hərbi gəmisinə qarşı sınaqdan keçirildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Rzayi bu barədə İran dövlət televiziyasına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, hadisə açıqlamasından təxminən 48 saat əvvəl baş verib.

Rzayi raketin ABŞ hərbi gəmisi üçün "cəhənnəm yaratdığını" və gəminin ərazidən uzaqlaşdığını iddia edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)