Azərbaycanda sentyabrın 6-dan müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində hava əsasən yağmursuz keçib. Lakin sentyabrın 6-sı axşam saatlarından etibarən bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb.
Bəzi ərazilərdə yağıntılar leysan xarakterli olub. Ən çox yağıntı Qaxın Sarıbaş kəndində qeydə alınıb - 18 mm. Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə 6, Gədəbəy, Şəki (Kişçay) və Şahbuzda 5 mm yağıntı düşüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)