Bakıda ağır yol qəzası: Sürücü öldü

7 Sentyabr 2026 10:53

Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil ötmə əməliyyatı zamanı 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə çarpılıb.

Toqquşmadan sonra "Hyundai" idarəetmədən çıxaraq aşıb və yol kənarına düşüb.

Qəza nəticəsində müxtəlif xəsarətlər alan Ş.Məmmədov Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)