Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü

7 Sentyabr 2026 10:11

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.

Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb.

Körpə aldığı xəsarətlər nəticəsində vəfat edib. Hadisənin dəqiq təfərrüatları araşdırmadan sonra məlum olacaq.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)