Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər

7 Sentyabr 2026 09:42

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-ə açıqlamasında bildirib.

Kremlin nümayəndəsi Ermənistan Baş nazirinin səfərinin dəqiq tarixlərinin hələ müəyyən edilmədiyini, lakin səfərin bu il baş tutacağını qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Paşinyanla görüş keçirib. Bu, liderlərin aprel ayında Kremldə keçirilən danışıqlardan sonra ilk ikitərəfli görüşü olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)