"Yuventus" "Milan"la heç-heçə etdi

7 Sentyabr 2026 09:30

İtaliya A Seriyasında III turun oyunları davam edir.

Milli.Az xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçirilib.

"Parma" doğma meydanda "Montsa"nı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Turun mərkəzi görüşündə isə "Milan" səfərdə "Yuventus"la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)