London derbisində qalib "Arsenal" oldu

7 Sentyabr 2026 09:10

İngiltərə Premyer Liqasının III turunda London derbisi baş tutub.

Milli.Az xəbər verir ki, "Arsenal" doğma meydanda "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib. "Emireyts" stadionunda keçirilən qarşılaşmada hesabı erkən dəqiqədə "Çelsi"nin futbolçusu Morqan Rocers açıb. O, 2-ci dəqiqədə fərqlənib.

Meydan sahibləri ilk hissənin 25-ci dəqiqəsində Kay Havertsin qolu ilə hesabı bərabərləşdirib. Martin Edeqor isə 50-ci dəqiqədə "Arsenal"ın ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb.

Bu məğlubiyyət "Çelsi"nin Xabi Alonsonun rəhbərliyi altında ilk uğursuzluğu olub. İspaniyalı mütəxəssisin may ayında baş məşqçi təyin olunmasından sonra London təmsilçisi üç rəsmi qarşılaşmada - ikisi çempionat, biri isə Liqa Kubokunda olmaqla - qələbə qazanmışdı.

"Arsenal" isə Premyer Liqada məğlubiyyət yaşamayan iki komandadan biri olaraq qalır. "Mançester Siti"nin də üç turdan sonra 9 xalı var. "Çelsi" isə 6 xalla turnir cədvəlində qərarlaşıb.

"Arsenal" növbəti oyununu sentyabrın 12-də səfərdə "Sanderlend"ə qarşı keçirəcək. Həmin gün "Çelsi" doğma meydanda "Hall Siti"ni qəbul edəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)