Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - (Foto)

7 Sentyabr 2026 00:09

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Anar Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Canəli Nəbiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə gətirilib.

O, son təyinata qədər Xocavənd Rayon Mərkəzi Xəstəxanasına direktoru vəzifəsində işləyib.

Xatırladaq ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Mahir oğlu Rüstəmbəyov iyun ayında vəzifəsindən azad olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)