Tramp Ayı da "özününküləşdirdi"

7 Sentyabr 2026 00:41

ABŞ Prezidenti Donald Tramp Ayı öz ölkəsinin mülkiyyəti adlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" səhifəsində yazıb.

Ağ Ev rəhbəri Ayın fotosunu "Ay bizimdir" başlığı və Amerika bayrağı ilə birgə paylaşıb.

Qeyd edək ki, daha əvvəl D.Tramp Ayın bir hissəsinə onun adının veriləcəyinə ümid etdiyini bildirmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)