Şarl Lekler "Formula-1"də qəza törətdi, görməsi pisləşdi

7 Sentyabr 2026 00:29

"Ferrari" komandasının pilotu Şarl Lekler İtaliyanın Montsa şəhərində keçirilən "Formula-1" Qran-prisində ciddi qəzadan dərhal sonra görməsində problem yarandığını bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Lekler yarışın əvvəlində döngədə idarəetməni itirərək yüksək sürətlə təkərlərdən hazırlanmış təhlükəsizlik səddinə çırpılıb.

"Əvvəlcə görmə problemim var idi, sağ gözüm yaxşı görmürdü", - deyə Lekler bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyəti yaxşıdır. Pilot, həmçinin bədəninin müxtəlif nahiyələrində ağrı hiss etdiyini, lakin belə qəzadan sonra bunun normal olduğunu deyib.

Monakolu pilot əlavə müayinələrdən keçəcək.

Montsada keçirilən yarışın qalibi isə 19-cu pillədən start götürən "Mercedes" pilotu, 20 yaşlı Kimi Antonelli olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)