Gavalı turşusu turş və duzlu dadı ilə süfrələrə fərqli bir toxunuş qatır.
Gavalıların içi nanə, cəfəri, sarımsaq və acı bibərdən ibarət aromatik bir içliklə doldurulur, sirkə və duzlu su ilə bankalara yığılaraq gözlədilir.
Milli.Az gavalı turşusu reseptini təqdim edir:
Tərkibi (Ərzaqlar):
2 kiloqram qara gavalı
2 dəstə nanə
2 dəstə cəfəri
500 qram sarımsaq
500 qram acı bibər
4 yemək qaşığı daş duzu (kaya duzu)
Lazımi qədər sirkə
İçməli su
Gavalı turşusunun hazırlanması
Qara gavaliləri bol su ilə yaxşıca yuyun.
Hər bir gavalının üzərinə bıçaqla yüngül bir kəsik atın.
Nanə, cəfəri, sarımsaq və acı bibərləri incə-incə doğrayaraq içliyi hazırlayın.
Hazırladığınız içliyi gavalilərin içindəki kəsik hissələrə doldurun.
İçi doldurulmuş qara gavaliləri təmiz və quru bankalara bacardığınız qədər sıx şəkildə yığın.
Duz və sirkəni bankalara əlavə edin.
Bankaların qalan hissəsini içməli su ilə doldurun.
Bankaların qapaqlarını möhkəm bağlayın və sərin, günəş görməyən bir yerdə təxminən 1-2 həftə gözlədin.
Kifayət qədər gözləyən gavalı turşusunu süfrəyə verərək istehlak edə bilərsiniz.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)