Nepalda seldə ölənlərin sayı 1344-ə çatıb

6 Sentyabr 2026 22:07

Nepalda ötən həftə baş verən sel fəlakətində ölənlərin sayının 1344-ə yüksəldiyi, 4898 nəfərin isə hələ də itkin olduğu bildirilib.

Milli.Az xəbər verir ki, bu barədə Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumu (NDRRMA) açıqlama verib.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Sel sularının apardığı 8 müxtəlif ərazidən meyitlərin çıxarıldığı bildirilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)