Xankəndidə 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı

6 Sentyabr 2026 19:46

Xankəndi şəhərində 4 yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, uşaq yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.

İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)