"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Milli.Az-ın məlumatına görə, "qırmızı şeytanlar" III turda səfərdə "Everton"la üz-üzə gəlib.
Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.
Mançester təmsilçisi hazırda 4 xalla 11-ci, meydan sahibləri 5 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Mançester Yunayted" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Sabah"ı qəbul edəcək. Sentyabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)