Xalq artisti Röya Ayxan yeni fotosessiyası ilə yenidən diqqətləri üzərinə çəkməyə hazırlaşır.
Milli.Az xəbər verir ki, sənətçinin hələ təqdim olunmayan fotosessiyasından kameraarxası görüntülər artıq maraq doğurub. Kadrlarda Röya Ayxanın çəkilişə hazırlıq prosesi, kamera qarşısındakı anları və fotosessiyanın özünəməxsus ab-havası əks olunub.
Röya Ayxanın yeni fotosessiyasında sənətçinin stilini @nikolab, makiyajını isə @aliyahan hazırlayıb. Layihənin fotoqrafı @by_narmina olub.
Fotosessiyanın tam versiyasının yaxın günlərdə təqdim olunacağı gözlənilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)