Azərbaycanda bu maşınlara tələbat artdı - (Video)

6 Sentyabr 2026 19:10

Azərbaycan Qiymətləndiricilər Palatasının açıqlamasına görə, iyul ayında avtomobil bazarında daha çox nisbətən köhnə, ucuz və orta qiymətli maşınların payı artıb, premium modellərin payı isə azalıb.

Milli.Az xəbər verir ki, aparılan hesablamalara əsasən, bazarda ümumi qiymətlər sabit qalsa da, alıcıların seçimlərində büdcəyə uyğun nəqliyyat vasitələrinə üstünlük verildiyi müşahid olunur.

Mütəxəssislərin sözlərinə görə, ölkədə istifadə olunmuş (ikinci əl) avtomobillərin qiymətləndirilməsində əsas rolu onun rəng dəyməmiş (bezkraska) olması oynayır:

"Əgər avtomobilin detallarına rəng dəyməyibsə və vuruğu yoxdursa, həmin nəqliyyat vasitəsinin qiyməti eyni ilin və modelin digər avtomobillərindən xeyli baha olur. Bu faktor Azərbaycan bazarında qiymətə təsir edən ən mühüm amillərdən biridir".

Daha ətraflı "Xəzər Xəbər"in reportajında:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)