Gəncədə yol qəzası baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, KIA markalı avtomobillə "Opel" markalı avtomobil toqquşub. Zərbənin təsirində KIA ağaca çırpılıb. Hadisə zamanı 1963-cü il təvəllüdlü Ziyarət Rəşidova, Röyal Rəşidov və daha bir neçə nəfər xəsarət alıb. Yaralıların bir qismi özəl xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)