Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı - Yenilənib

7 Sentyabr 2026 00:43

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 14-ə çatıb.

Milli.Az xəbər verir ki, Dəniz Qüvvələri Komandanlığı Girne sahillərində batan gəmidən itkin düşmüş sərnişinlərin axtarış-xilasetmə əməliyyatları çərçivəsində daha bir meyiti tapıb.

Daha əvvəl Şimali Kiprin Baş naziri Ünal Üstel gəmidə ümumilikdə 267 sərnişin və heyət üzvünün olduğunu bildirib. O, qeyd edib ki, gəminin batmasından sonra 239 nəfər xilas olunub.

Gəminin qalıqları Girne sahillərindən 554 metr dərinlikdə tapılıb. İtkin düşmüş daha 14 sərnişinin axtarışı davam edir.

Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)