İranın İqtisadiyyat və Maliyyə Nazirliyi ölkədə münaqişə zamanı yaranan iqtisadi problemlərin operativ həlli məqsədilə xüsusi qərargah yaradıb.
Milli.Az xəbər verir ki, bu barədə nazir müavini Morteza Zəmanian məlumat verib.
Onun sözlərinə görə, yeni struktur müəssisələrin fəaliyyəti, ticarət, maliyyələşmə və iqtisadiyyatın digər sahələrində yaranan problemləri izləyəcək və onların mümkün qədər tez aradan qaldırılması üçün tədbirlər görəcək.
Problemin həlli bir neçə nazirliyin iştirakını tələb etdiyi halda, qərargah onların fəaliyyətini əlaqələndirəcək və mühüm məsələləri hökumətin müzakirəsinə çıxaracaq.
Zəmanian bildirib ki, strukturun əsas məqsədi qərarların qəbulunu sürətləndirmək və mühüm iqtisadi məsələlərin bürokratik prosedurlar səbəbindən ləngiməsinin qarşısını almaqdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)