“Tottenhem” 53 illik antirekordu təkrarladı

6 Sentyabr 2026 14:58

İngiltərənin "Tottenhem" klubu Premyer Liqada antirekordunu təkrarlayıb.

Milli.Az xəbər verir ki, London təmsilçisi çempionatın III turunda "Nottinqem Forest"lə 0:0 hesablı heç-heçə edib.

Bununla da "Tottenhem" 53 ildən sonra ilk dəfə Premyer Liqada mövsümün ilk üç oyununda qol vura bilməyib.

Qeyd edək ki, "Tottenhem" növbəti turda "Everton"la qarşılaşacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)