Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var

6 Sentyabr 2026 14:40

Naxçıvanda zəncirvari qəza olub.

Milli.Az xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralında baş verib.

Qəza zamanı "Hyundai", "KIA", "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində 2 nəfə xəsarət alıb. Xəsarət alan Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)