Almaniya kansleri Fridrix Merts rəhbərlik etdiyi partiyanın ictimai rəy sorğularında əldə etdiyi nəticələrdən narazı olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, kansler bu barədə Xristian Demokrat Birliyinin (CDU) seçki kampaniyası tədbirində çıxışı zamanı danışıb.
Merts sorğuların nəticələrindən məyus olduğunu və son dövrlərdə ona qarşı artan tənqidlərin şəxsən narahatlıq yaratdığını bildirib.
"Əlbəttə ki, biz sorğunun nəticələrindən narazıyıq. Əlbəttə ki, mən şəxsən bu geniş yayılmış tənqiddən narahatam", - deyə kansler qeyd edib.
Qeyd edək ki, Mertsin populyarlığı son vaxtlar rekord səviyyədə aşağı düşüb. Hakim CDU/CSU bloku hazırda siyasi partiyaların reytinqində Almaniya üçün Alternativ (AfD) Partiyasından geri qalır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)