İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik

6 Sentyabr 2026 09:10

Pentaqon rəhbəri Pit Heqset İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları davam etdirəcəyi təqdirdə ölkənin tanker donanmasının məhv edilə biləcəyini bildirib.

Heqset sosial media hesabında qeyd edib ki, İran ABŞ gəmilərinə atəş açarsa, Vaşinqton da İranın tankerlərinə zərbə endirəcək.

"Onların etməli olduğu tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır", - Pentaqon rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü ABŞ hərbi gəmilərinə hücumlara cavab olaraq üç İran tankerinin vurulduğunu açıqlayıb.

Heqset həmçinin İranın tanker donanmasının müdafiəsiz olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın təyyarələri, gəmiləri və sualtı qayıqları İranın hərbi və dəniz qüvvələrinə zərbə endirmək imkanına malikdir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)