Ağdamda traktor minaya düşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.
Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşsə də, traktorçu xəsarət almayıb.
Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)