Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı

6 Sentyabr 2026 07:07

Qadın doğum mütəxəssisi Dr. Keyt Maklin intim bölgədəki qoxu dəyişiklikləri ilə bağlı açıqlama verib. "Xəstələrim yeni və ya güclü bir qoxu fərq etdikdə dərhal pis bir şey olduğunu düşünürlər" deyən Dr. Maklin qoxunun əsas mənbəyinin əksər hallarda boşqabımızdakı yeməklər olduğunu vurğulayıb.

Milli.Az istehlak edildikdən sonra təsiri 24 - 48 saat davam edən və qoxu dəyişikliyinə səbəb olan həmin 3 əsas qida qrupunu təqdim edir:

1. Kükürd bombası: Çiy sarımsaq və soğan
Siyahıların ilk pilləsində klassik günahkar var: Sarımsaq və soğan. Tərkibindəki kükürd birləşmələri qana qarışaraq tər, nəfəs və bədən mayeləri vasitəsilə çölə atılır. Dr. Maklin xüsusilə çiy sarımsağın bişmişə nisbətən çox daha güclü bir təsir buraxdığını və bu qoxunun bədəndən atılmasının 48 saatı tapa biləcəyini qeyd edir.

2. Kələmkimilər fəsiləsi: Brokoli, gül kələmi və kələm
Sağlamlıq mənbəyi olaraq bilinən kələmkimilər fəsiləsi ilə quşqonmaz da yüksək kükürd nisbətinə malikdir. İstehlak edildikdən qısa müddət sonra bədən kimyası ilə qarşılıqlı təsirə girərək intim bölgə ətrafındakı qoxu notlarını müvəqqəti olaraq dəyişə bilər.

3. Kəskin ədviyyatlar və qəhvə
Karri, cirə və çəmənotu kimi ədviyyatlar, həmçinin həddindən artıq qəhvə istehlakı tərləməni artırır. Bu vəziyyət ədviyyatların tərkibindəki aromatik kimyəvi maddələrin tər vəzi vasitəsilə dəri səthinə çıxmasına və qoxunun daha qabarıq hiss olunmasına yol açır.

"Sağlam bir vagina çiçək kimi qoxmaq məcburiyyətində deyil!"
Cəmiyyətdəki yanlış qavrayışlara diqqət çəkən Dr. Keyt Maklin sağlam bir toxumanın torpaqtəhər, yüngül müşk qoxulu və ya dövri olaraq dəyişən təbii bir aromaya sahib olmasının son dərəcə normal olduğunu bildirib. İnternetdə gəzən "Ananas yemək qoxunu şirinləşdirir" iddialarının heç bir elmi sübutu olmadığını vurğulayan Maklin "Qoxudan narahat olduğunuz üçün bu qidalı qidaları yeməkdən vazkeçməyin. Bədən bu birləşmələri metabolizə etdikcə qoxu 1-2 gün içində öz-özünə keçəcəkdir" deyib.

Pis qoxu ilə mübarizədə edilən ən böyük səhv!
Ifraz olunan yemək qoxusundan narahat olub intim bölgəni aqressiv təmizləyicilərlə yumaq edilən ən böyük səhvlərdən biridir. Mütəxəssislər aşağıdakı xəbərdarlıqlarda bulunurlar:

Vaginal duş və qoxulu spreylərdən qaçının: Bu məhsullar təbii pH balansını pozaraq qoxunu daha da pisləşdirir.

Həddən artıq təmizlik etməyin: Vagina öz-özünü təmizləyən bir orqandır.

Bol su istehlak edin: Su içmək və mütəmadi olaraq sidiyə çıxmaq qoxulu birləşmələrin bədəndən sürətlə atılmasını təmin edir.

Pambıq alt paltarı seçin: Sintetik parşalalar təri hərəkətsiz saxlayaraq qoxunu ağırlaşdırır.

Nə vaxt həkimə müraciət etməli?
Əgər qoxu bir neçə gündən uzun sürürsə, balıq qoxusuna bənzəyirsə və ya qaşınma, yanma, qeyri-adi axıntı müşayiət edirsə, bu, müvəqqəti qida qoxusu deyil, bakterial bir infeksiya ola bilər. Bu halda vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)