Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər

6 Sentyabr 2026 00:44

Evlilik təklifi hər iki tərəf üçün də həyəcanverici bir an olmalıdır. Lakin bəzən işlər planlaşdırıldığı kimi getmir.

Milli.Az xəbər verir ki, Reddit-in populyar "Ask Women" səhifəsində bir istifadəçinin verdiyi "Evlilik təklifini rədd edən qadınlar, o an tam olaraq nə yaşandı?" sualına gələn cavablar həm təəccüblü, həm də düşündürücü həqiqətləri ortaya çıxardı.

1. "Ayrılmamaq üçün təklif etdi"
Evliliyə hazır idim, ancaq sevgilimin ciddi şübhələri var idi. Eyni fikirdə olmadığımız bir münasibəti davam etdirə bilməyəcəyimi söyləyəndə, sırf ayrılmamaq üçün üzük alıb gəldi. Düzgün səbəblərlə edilmədiyi üçün rədd etdim.

2. "Seçimlərim instinktlərimə uduzdu"
İki dəfə rədd etdim. Birincisində İtalyan sevgilim idi və münasibətimizin getmədiyini görüb bitirdim. İkincisi isə uşaqlarımın atası idi; əvvəlcə "hə" desəm də, toy planları başlayanda hiss etdiklərimə güvənib imtina etdim. Bu gün başqası ilə nişanlıyam və uşaqları böyüdərkən əla bir dostluğumuz var.

3. "Ayrılıq ağrılı idi, amma peşman deyiləm"
Təklifinə "xeyr" deyəndə çox sarsıldı. Sonra ciddi bir özünüqiymətləndirmə prosesinə girdi və yollarımızı tamamilə ayırdıq. Özümə gəlməyim vaxt aldı, lakin verdiyim qərardan peşman deyiləm.

4. "Sadəcə mənim üçün evlənməsini qəbul edə bilməzdim"
Hamiləyəm və 3 illik sevgilim evliliyin özü üçün mənasız olduğunu, amma mənim üçün edə biləcəyini söylədi. Məncə, bu, təhqir idi. Sadəcə mənimlə evlənməyi mənalı görən və bundan qürur duyan biri ilə evlənərəm deyərək rədd etdim. Qərarımla qürur duyuram.

5. "48 saatdır tanıdığım adam seks üçün təklif etdi"
19 yaşındaydım, o, isə 23. Birinin Rədd edəndə cinsi təcrübəsizliyini bəhanə gətirərək fikrimi dəyişməyə çalışdı. Tam bir kabus idi.

6. "Yaşıl kart üçün pul təklif etdi"
Sırf yaşıl kart ala bilmək üçün təklif etdi və pul təklif etdi. Təklif etdiyi məbləğ tələbə krediti borclarımı bağlamağa belə çatmırdı.

7. "Üçüncü dəfədə 'hə' dedim, amma..."
Birincisində münasibət çox yeni idi, ikincisində sərxoş olanda ağzından qaçırmışdı; rədd etdim. Üçüncüsündə "hə" dedim. 15 il sonrakı boşanma prosesimə baxsaq, ən başdakı instinktlərimə güvənməli imişəm.

8. "Romantika problemlərimizi həll etməyəcəkdi"
Ona "ayrılaq" deyəndən bir həftə sonra təklif etdi. Mənimlə pis davranırdı və romantik bir jestin 5 illik emosional zorakılığı ört-basdır edə biləcəyini hesab edirdi. "Xeyr" dedim. İndi 4 ildir gözəl evliliyim var.

9. "Ən böyük qorxumu gerçəkləşdirdi"
İcazə verilməyən bir yerdə, insanların içində edilən təklifə nifrət etdiyimi dəfələrlə demişdim. O isə bir gəzinti zamanı, insanların ən çox toplaşdığı yerdə, yad adamların qarşısında etdi. Panik atak keçirərək ağlayaraq uzaqlaşdım.

10. "Tamamilə maddi bir qərar idi"
7 illik sevgilimə "xeyr" dedim, çünki toy üçün heç pulumuz yox idi. Aramızda böyük bir dram yaşanmadı, sadəcə məntiqli olanı seçdik.

11. "Məni aldatdıqdan bir ay sonra təklif etdi"
Məni aldatdığı üçün ayrıldıqdan bir ay sonra gəlib evlənmə təklif etdi. Ən azından "xeyr" deyəcək qədər ağlı başında biri idim.

12. "Yanlış zaman"
Dərsə gecikirdim və o an təklif etdi. Vaxt seçimi bərbad idi. Əsəbləşdim və rədd etdim. Daha sonra bir doğru zamanda yenidən soruşdu, bu dəfə "hə" dedim! Bu il 11-ci ilimizi qeyd edirik!

13. "Hələ 18 yaşındaydım"
Məktəbi təzə bitirmişdik. O, gələcəyimizi planlaşdırmaq fikrində idi, mən isə 20-li yaşlarımı azad yaşamaq istəyirdim. Sevginin tək başına kifayət  etmədiyini başa düşməli idi.

14. "Notariat xərci tutmasın deyə təklif etdi"
Ortaq evimiz və uşağımız üçün vəsiyyətnamə hazırlatmaq istəyirdim. Notarius 500 dollar istəyəndə sevgilim bahalı görüb "Şəhər məhkəməsində evlənək, daha ucuza başa gələr" dedi. Romantik olmadığı üçün rədd etdim.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)