Valideynlərin körpələrinə ad seçərkən yaşadığı qərarsızlığa elm adamları son nöqtəni qoyub. İngiltərədəki Birmingem Universiteti tərəfindən aparılan beynəlxalq araşdırma fonetik strukturu və ahəngi ilə dünyanın ən melodik adını müəyyənləşdirib. Səs-elm (fonetika) meyarlarına yüzlərlə seçim arasından seçilən həmin ad təkcə bir dildə deyil, universal miqyasda qulağa ən xoş gələn söz seçilib.
Milli.Az xəbər verir ki, Koqnitiv Dilçilik Mütəxəssisi Dr. Bodo Vinterin rəhbərliyi ilə həyata keçirilən tədqiqatda dünya miqyasında ən çox seçilən 100-dən çox körpə adı səs-elmi xüsusiyyətlərinə görə qiymətləndirilib. İştirakçılara dinlədilən səs yazılarında səlislik, yumşaqlıq və melodik struktur kimi meyarlar əsas götürülüb. Yunan mənşəli Sofiya adı açıq ara fərqlə siyahının zirvəsinə yerləşib.
Araşdırma nəticələrini qiymətləndirən Dr. Vinter adın uğurunun təsadüf olmadığını vurğulayıb. "S" hərfi ilə "f/ph" səslərinin yaratdığı yumşaq keçidin "-ia" son şəkilçisi ilə birləşdikdə qulağa demək olar ki, bir melodiya kimi gəldiyini qeyd edən mütəxəssislər bu strukturun ada universal bir zəriflik qatığını bildiriblər.
Araşdırmada təkcə qız uşaqları deyil, oğlan körpələri üçün də fonetik cəhətdən ən cəlbedici seçimlər müəyyən edilib:
Sophia
Zoe
Rosie
Zayn
Jesse
Carlos
Matthew
Julian
Leo
Mütəxəssislər bu adların hansı coğrafiyada və ya dildə səslənməsindən asılı olmayaraq, köhnəlməyən melodik cazibə gücünə sahib olduğunu qeyd edirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)