Türkiyədə müğənni Tuğba Ekinçi saxlanılıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Kızılcahamam Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində 5 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində Tuğba Ekinçinin də daxil olduğu 5 şübhəli saxlanılıb.
İstintaq zamanı şübhəlilərin sosial media platformaları üzərindən ödəniş qarşılığında ədəbsiz məzmunlu materiallar paylaşdıqları müəyyən edilib.
Daha bir şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)