Türk istehsalı "Muhteşem Yüzyıl" serialının unudulmaz obrazlarına həyat verən aktrisalar Nebahat Çehre və Meryem Üzerli illər sonra yenidən bir araya gəlib.
Milli.Az xəbər verir ki, serialda "Valide Sultan" obrazını canlandıran Nebahat Çehre ilə "Hürrem Sultan" rolunda tamaşaçıların qarşısına çıxan Meryem Üzerli illər sonra görüşüb.
İki məşhur aktrisanın görüşü səmimi anlarla yadda qalıb. Bir müddət söhbət edən Nebahat Çehre və Meryem Üzerli birlikdə keçirdikləri anları çəkdirdikləri foto ilə əbədiləşdiriblər. (olay)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)