"Ukrayna şənbə günündən bazar ertəsinin sonunadək Moskvaya zərbələri dayandırmağa hazırdır".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.
Ukrayna liderinin sözlərinə görə, o, ABŞ prezidentinin nümayəndələri ilə danışıb və onlar artıq Rusiya tərəfi ilə işə başlayıblar.
Qeyd olunub ki, tərəflər danışıqlar prosesinə cəlb olunan şəhərlərə hava zərbələrinin dayandırılması rejiminə riayət etməyə hazırdırlar.
"Bundan sonra və şənbə gününün sonunadək, bazar günü və bazar ertəsi Ukrayna Moskvaya zərbələr endirməkdən çəkinməyə hazırdır və ümid edirik ki, ruslar da Kiyevə qarşı eyni addımı atacaqlar", - deyə Zelenski bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)