Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fənərbağça Prezidenti Əziz Yıldırım, Qalatasaray Prezidenti Dursun Özbək, Beşiktaş Prezidenti Sərdal Adalı və Trabzonspor Prezidenti Ərtoğrul Doğan ilə bir araya gəlib.
Milli.Az xəbər verir ki, görüşdən sonra açıqlama verən Ərdoğan türk klublarının Avropada əldə edəcəyi zəfərlə bağlı böyük ümidinin olduğunu vurğulayıb.
Ərdoğan yeni başlayan Super Liqa mövsümü ilə bağlı dostluq, qardaşlıq və ədalətli rəqabət mesajı verib:
"Bu gün Beşiktaş, Fənərbağça, Qalatasaray və Trabzonspor klublarımızın dəyərli prezidentləri və rəsmiləri ilə bir araya gəldik. Bir neçə həftə əvvəl başlayan Super Liqamızın dostluq, qardaşlıq və ədalətli rəqabət mühiti içərisində davam edəcəyinə, klublarımızın Avropada əldə edəcəyi zəfərlərlə fəxarət hiss keçirəcəyimizə ürəkdən inanır, bütün idman klublarımıza uğurlar arzulayıram."
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)