Türkiyəli metafizik və bioenerji mütəxəssisi Yasin Koca toyuq və xoruz əti ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Milli.Az xəbər verir ki, mütəxəssis kişilərin toyuq əti əvəzinə xoruz ətinə üstünlük verməli olduğunu iddia edib. Onun sözlərinə görə, xoruz əti kişilərin testosteron səviyyəsinə müsbət təsir göstərir, toyuq əti isə əksinə, testosteronu aşağı salır.
Yasin Koca daha iddialı açıqlama verərək toyuq ətinin kişilərin fiziki xüsusiyyətlərinə də təsir etdiyini və onları "qadınlaşdırdığını" söyləyib.
O, xüsusilə sinə nahiyəsində dəyişikliklər yarandığını iddia edərək kişilərin toyuq ətindən uzaq durmalı olduğunu bildirib:
"Sinə nahiyəsini qadınlaşdırır, ümumilikdə kişilərin xüsusiyyətlərini alıb qadınlaşdırır".
Mütəxəssisin bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Yasin Kocanın səsləndirdiyi bu fikirlər onun şəxsi iddialarıdır və toyuq ətinin kişilərdə testosteronu azaltdığı və ya "qadınlaşdırdığı" barədə tibbi nəticə kimi qəbul edilməməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)