Azərbaycanlı jurnalist Surxay Atakişiyevin qızının ABŞ Ordusunda xidmət etdiyi məlum olub.
Milli.Az xəbər verir ki, bu barədə Surxay Atakişiyev sosial şəbəkə hesabında paylaşım edib.
Amerikaya övladları ilə görüşə gedən həmkarımız bildirib ki, qızı Kəmalə ABŞ Hərbi-Hava Qüvvələrinin hərbi hissələrindən birində çalışır.
Onun sözlərinə görə, qızı ABŞ ordusunda informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssisi kimi xidmət edir.
O, qızının hərbi formada çəkilmiş fotosunu da paylaşıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)