Türk məşhurların villaları uçurulacaq

5 Sentyabr 2026 17:13

Türkiyə Boğaziçi İmar İdarəsi Sarıyer, Beşiktaş, Üsküdar və Beykoz rayonlarında yerləşən 4 141 tikili barədə söküntü qərarı qəbul edib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, qərara Ferdi Tayfur, Hülya Avşar, Süreyya Yalçın və Mehmet Ali Erbil kimi türk məşhurların ərazilərindəki qanunsuz tikililər də daxildir.

Söküntü qərarı verilmiş 4 141 tikili ilə bağlı tender sentyabrın 22-də keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)