Uşaqların baxışlarında istiqamət formalaşdırmaq, sosiallaşmalarına xidmət və valideynlərin övladlarını qalereya və muzey tipli maarifləndirici məkanlara aparmalarına təşviq etmək məqsədi ilə "XATİRƏ OLACAQ SƏHNƏLƏR" adlı şou-sərgiyə uşaqların şüuraltı duyğuların məhsulu olan təsvirlər qəbul olunur!
Bu sərgi rəsm bacarığının yarışması deyil ! Burada əsas olan uşağın saf təxəyyülü, daxili aləmi və dünyanı necə gördüyüdür. Hər bir "cızma-qara" bir hissin, bir düşüncənin və gələcəkdə dəyərli bir xatirəyə çevriləcək uşaqlıq anının izidir.
Övladınızın çəkdiyi təsvir Sizi sevindirir, təəccübləndirir və düşündürürsə,onu bizimlə paylaşın! Yaş həddi: 5 yaşadək uşaqlar
Ölçü: 20x30 qədər
Son tarix: 20 dekabr 2026-cı il
İştirakçı anketi:
1. Təsvirin fotosu: 2. Təsvirin adı: -----
3. Soyad, adı: ------- 4. Təvəllüd:- --------
5. Ünvan, əlaqə: ------ 6. Ölçü : ----------
Müraciətlərin qəbul ünvanı: [email protected]
Əcnəbi vətəndaşlar sərgidə iştirak edə bilər.
Sərgidə iştirak ödənişsizdir.
Təşkilatçılar: Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan Dövlət Rəsm Qalereyası Xətai Sənət Mərkəzi Xətai Uşaq Sənəti Qalereyası
Dəstəkçilər: Azərbaycan Radio və Tv Verilişləri QSC Azərbaycan Rəssamlıq Akademiyası Xətai Rayon İcra Hakimiyyəti Naxçıvan Rəssamlar Birliyi
Kənar müdaxilə olmayan, yalnız uşaqların öz duyğu və əlinin məhsulu olan "cızma-qaralar münsiflər heyyəti tərəfindən seçilərək onlayn kataloqda yerləşdiriləcək və sərgilənəcək. Təsviri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.
Suallar üçün: tel/whatcapp +994 51 310 74 01
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az