Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda hoteldə yanğın olub.
Milli.Az xəbər verir ki, yanğın zamanı 12 nəfər xəsarət alıb.
Yanğın altımərtəbəli hotelin birinci mərtəbəsində başlayıb.
Yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalan 7 nəfər təxliyə edilib, xəsarət alan 12 nəfər xəstəxanaya çatdırılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)