ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner müharibəyə son qoymaq üçün təklif irəli sürəcəklər.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp onların Kiyev və Moskvaya səfərini şərh edərkən deyib.
Ağ Ev rəhbəri həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün bu səfərin yaxşı şans olduğunu vurğulayıb.
Qeyd edək ki, amerikalı diplomatlar 6-7 sentyabr tarixlərində Kiyev və Moskvaya səfər edəcəklər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)