Hollivud ulduzu qırmızı xalçadan qovuldu - (Video)

5 Sentyabr 2026 12:20

Hollivud ulduzu Nina Dobrev 83-cü Venesiya Beynəlxalq Film Festivalının açılışında gözlənilməz hadisə ilə üzləşib.

Milli.Az xəbər verir ki, "Vampir gündəlikləri" serialında Yelena Gilbert obrazı ilə tanınan 37 yaşlı aktrisa Denni Boylun yeni filmi "Mürəkkəb"in premyerasında iştirak edib.

Dobrev qırmızı xalçada qara, parlaq libasla fotoqraflara poza verərkən təhlükəsizlik əməkdaşı ona yaxınlaşaraq fotosessiya etdiyi ərazidən uzaqlaşdırıb.

Aktrisanın əvvəlcə təəccübləndiyi, daha sonra isə festival rəsmisinin göstərişi ilə qırmızı xalçanı tərk etdiyi görüntülərdə əks olunub.

Hadisə sosial şəbəkələrdə müzakirə edilib. Bildirilib ki, Venesiya Film Festivalında iştirakçılara qırmızı xalçada uzun müddət poza verməyə icazə verilmir və foto çəkilişləri üçün xüsusi ərazilər ayrılır.

Milli.Az