ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının ölkə iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini və 160 mindən çox iş yeri yaratdığını bildirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilib. İlk dəfə turnirdə 48 milli komanda iştirak edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)