"Fənərbağça"da "yarpaq tökümü": Onu da göndərdilər

5 Sentyabr 2026 09:47

"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb.

2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və üç məhsuldar ötürmə verib.

Türkiyə millisinin üzvü ölkə çempionatında çıxış edən "Çorum"a transfer olunub.

30 yaşlı futbolçu yeni komandası ilə ikiillik müqavilə imzalayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)