"Qalatasaray" İstanbul derbisində qalib gəldi

5 Sentyabr 2026 08:52

Türkiyə Superliqasında IV tura start verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

Son çempion "Qalatasatay" səfərdə "Başakşəhər"lə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qapılara 5 qol vurulub. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura sentyabrın 7-də yekun vurulacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)