Toy mərasimində yaşanan duyğusal anlar qonaqların və sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Milli.Az-ın məlumatına görə, meyxanaçı Vüqar Maştağalının bəyin dayısına ithaf etdiyi mahnı səsləndirilərkən bəy duyğularına hakim ola bilməyib. O, mahnının təsirindən kövrələrək göz yaşlarını saxlaya bilməyib.
Toyda yaşanan həmin anlar kameraya düşüb. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra maraq və müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)