"Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası

4 Sentyabr 2026 23:51

Türkiyə Superliqasının dördüncü turunun səfər matçında "Qalatasaray" "Başakşehir"ə 3:2 hesabı ilə qalib gəlib.

Milli.Az xəbər verir ki, qaliblərin heyətində Viktor Osimhen (16-cı dəqiqə), Lukas Torreyra (71) və Qabriel Sara (90) fərqləniblər.

Məğlub olan komandada isə Eldor Şomurodov (66, penalti) fərqlənib. Matçın 76-cı dəqiqəsində "Qalatasaray"ın müdafiəçisi Davinson Sançes topu öz qapısına göndərib. 8 dəqiqə sonra o, rəqib qapısına yol tapsa da, qol oyundankənar vəziyyətə (ofsayd) görə ləğv edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)