Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video

9 Sentyabr 2026 10:30

Müğənni Səidə Dadaşovanın həyat yoldaşı ilə rəqs etdiyi anlarda yaşanan maraqlı hadisə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşı ilə rəqs etdiyi zaman azyaşlı uşağın cütlüyə mane olması səbəbindən çətin anlar yaşayıb.

Hadisə zamanı rəqsinə davam etməyə çalışan Səidə Dadaşovanın uşaqla yaşadığı bu vəziyyət kameraya düşüb.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra sənətçinin azyaşlı ilə "imtahanı" müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)