Bu gün Misli Premyer Liqasında 4-cü tura start verilib.
Milli.Az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan iki görüşdən 1-i artıq yekunlaşıb.
Əvvəlcə "Qəbələ" "İmişli"ni qəbul edib. Matçda Əyalət təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Bunlar "Qəbələ"nin cari mösümdə ilk qolları olub.
Digər görüşdə isə "Şamaxı" Gəncədə "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.
Turun qalan oyunları sentyabrın 5-6-da keçiriləcək.
4 sentyabr (cümə)
Misli Premyer Liqası, 4-cü tur
20:15."Kəpəz" - "Şamaxı" - 1:4
Qollar: T.Axvlediani, 9 (0:1), U.Cahangirov, 21 (0:2), D.Akua, 56 (1:2), A.Bouali, 63 (1:3), H.İsmayılov, 76 (1:4)
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Nicat İsmayıllı
AVAR: Teymur Teymurov
Gəncə şəhər stadionu
18:00."Qəbələ" - "İmişli" - 2:1
Qollar: K.Mabea, 15 (1:0), D.Almeyda, 45+2 (1:1), K.Rossi 66 (2:1)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu
5 sentyabr (şənbə)
18:30."Sabah" - "Zirə"
20:30."Neftçi" - "Şəfa"
6 sentyabr (bazar)
18:00."Turan Tovuz" - "Sumqayıt"
20:15."Qarabağ" - "Araz-Naxçıvan"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)