Eyni küçə, eyni bina, eyni ölçü və hətta eyni səviyyədə təmir. Amma, qiymətlər arasında on minlərlə manat fərq var... Bakının mənzil bazarında son dövrlər daha aydın hiss olunan bu fərqin əsas səbəblərindən biri evin inşaatında istifadə edilən materiallar yox, sənədləridir...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, çıxarışı olan həm çoxmənzilli binalardakı mənzillər, həm də fərdi yaşayış evləri alıcı üçün daha etibarlı hesab olunur. Məhz buna görə də eyni xüsusiyyətlərə malik daşınmaz əmlak arasında 40-60 min manata qədər qiymət fərqi yarana bilir.
Vətəndaşlar Kənardan daha sərfəli görünən müqaviləli mənzillərə də maraq göstərirlər bu da bəzi halalrda onlara baha başa gəlir. Çünki, alqı-satqı zamanı hüquqi vəziyyəti tam aydın olmayan əmlakla bağlı sonradan mülkiyyət hüququnun rəsmiləşdirilməsi, satış və digər hüquqi prosedurlarda çətinliklər yarana bilər.
Buna görə də mütəxəssislər mənzil alarkən aşağı qiymətin cazibəsinə aldanmamağı, ilk növbədə əmlakın hüquqi vəziyyətini araşdırmağı tövsiyə edirlər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)