Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)

4 Sentyabr 2026 22:17

Bala dair sanitariya norma və qaydaları hazırlanır... Bununla bağlı müvafiq texniki normativ hüquqi akt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin bölgənin coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına icazə veriləcək.

Yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir. Balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır. Məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir..

Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)