Hamam divarlarında və kafeldə zamanla yığılan kif həm pis görünür, həm də tənəffüs yolları sağlamlığını ciddi şəkildə təhdid edir. Qeyri-kafi hava dövranı və yüksək rütubət səbəbilə ortaya çıxan bu inadkar ləkələrdən qurtulmaq üçün adətən ağardıcı (xlor) üstünlük təşkil edir. Lakin dəriyə təmas etdikdə və ya tənəffüs olunduqda son dərəcə təhlükəli olan bu ağır kimyəvi maddəyə artıq alternativ bir həll yolu var.
Milli.Az xəbər verir ki, evdə olan iki sadə materialla hazırlanan təbii qarışıq kif sporlarını kökündən təmizləyərək səthi ilk gündəki gigiyenasına qovuşdurur. Soda və sirkənin güclü reaksiyası inadkar çirk və ləkələri həll etməkdə ağardıcını geridə qoyur.
Tətbiq üçün əvvəlcə kiflənmiş kafel aralarına və ya divar səthinə bol miqdarda soda səpmək lazımdır. Sonra sodanın tam üzərinə bərabər miqdarda ağ sirkə töküldükdə reaksiya nəticəsində ləkə dərindən həll olunur. Qarışıq səthə nüfuz etdikdən sonra sərt bir təmizlik fırçası ilə sahə yaxşıca ovulur və son mərhələdə iliq su ilə durulanır. Daha praktik bir istifadəyə üstünlük verənlər isə bu ikilini sprey şüşəsində birləşdirib birbaşa ləkəli bölgəyə sıxaraq əziyyət çəkmədən gigiyena əldə edə bilərlər. Bu üsul sayəsində ağır kimyəvi qoxulara məruz qalmadan hamamda parıldayan bir təmizlik təmin etmək mümkün olur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)