İnsanlar nə vaxt öləcəklərini təxmin edə bilir, amma bir böyük səhvlə

4 Sentyabr 2026 23:24

Bəşəriyyət tarixi boyunca "Nə vaxt öləcəyik?" sualı həmişə sirrini qoruyub saxlayıb.

Milli.Az xəbər verir ki, Tsukuba Universitetindən sosial elm adamı Shohei Okamoto rəhbərliyindəki bir qrupun apardığı yeni araşdırma bu sualın cavabının əslində instinktlərimizdə gizli ola biləcəyini göstərdi. 1990-cı ildə başlayan və 28 il ərzində 60 yaş yuxarı 2447 iştirakçını izləyən nəhəng tədqiqat heyrətamiz nəticələr ortaya çıxarıb.

Uzun yaşayacağını düşünən həqiqətən də uzun yaşayır
Araşdırmanın əvvəlində iştirakçılardan neçə yaşa qədər yaşamağı gözlədikləri soruşublar. Ötən 28 illik müddətdə həyatını itirən 1514 nəfərin rəsmi ölüm qeydləri araşdırıldığında, daha uzun ömür gözləyən şəxslərin həqiqətən də statistik olaraq daha uzun müddət həyatda qaldığı müəyyən edilib. Elm adamları bu vəziyyətin sadəcə "müsbət düşüncə" ilə izah oluna bilməyəcəyini; insanların öz sağlamlıq vəziyyətləri, gizli vərdişləri və ailə keçmişləri də daxili olmaqla çox dərin məlumatlara sahib olduğunu qeyd edirlər.

59 faizimiz erkən öləcəyini düşünür
İnsanların təxminən 59 faizi təxmin etdiyindən daha uzun yaşayıb. Yəni bəşər övladı gələcəkdə özünə qalan müddəti çox ciddi şəkildə azaldaraq qiymətləndirir. İştirakçıların böyük bir hissəsi təxmini "80" yaşıi seçib. Çünki o dövrdə ümumi doğuşda yaşam gözləntisi 80 ətrafında idi. Halbuki 70 yaşınadək sağ qalmağı bacarmış bir insanın qarşısındakı əsl ömür gözləntisi yeni doğulmuş bir körpənin ortalama statistikasından çox daha artıqdır.

Bu səhv qocalıqda səfalətə yol aça bilər
Araşdırma qrupu ömrü səhv təxmin etməyin sadəcə fəlsəfi bir maraq mövzusu olmadığını, birbaşa iqtisadi fəlakətlərə yol aça biləcəyini vurğulayıb. Hesabatda bu ifadələrə yer verilib: "Ömür gözləntisini olduğundan az təxmin etmək şəxslərin təqaüd fondlarını yetərsiz hazırlamasına və pullarını erkən bitirməsinə səbəb ola bilər. Tərsinə, ömrünü çox şişirdənlər isə gərəksiz bir xəsislik içində yaşayıb qocalıqda yoxsulluq riski ilə qarşı-qarşıya qala bilərlər."

Araşdırmada diqqət çəkən digər maraqlı bir tapıntı isə təhsil səviyyəsi ilə bağlı oldu. Təhsil müddəti daha uzun olan şəxslərin ömür təxminlərində 75, 80, 85 kimi 5-ə bölünən yuvarlaq rəqəmləri seçmə meyli daha az olub. 

Elm adamları insanların gələcəyə yönəlmiş daha düzgün maliyyə və həyati qərarlar ala bilməsi üçün mövcud yaş və cinsiyyət dəyişənlərinə görə yenilənmiş "qalan ömür müddəti" haqqında cəmiyyətin daha şəffaf məlumatlandırılmasının vacibliyini vurğulayırlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)