Talişka "Əl-Cəzirə" klubuna transfer olunub

4 Sentyabr 2026 19:05

Türkiyənin "Fənərbağça" klubundan ayrılan Anderson Talişka Səudiyyə Ərəbistanının "Əl-Cəzirə" komandasına transfer olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, 2025-ci ildən "Fənərbağça"da çıxış etmiş Talişka, İstanbul kollektivinin heyətində 77 oyunda 44 qol vurub, 7 assist edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)